Satılır 2 otaqlı yeni tikili 78.4 m²
Rifah Residence - şəhər mərkəzinə cəmi bir neçə dəqiqəlik məsafədə yerləşir.Bakıdan 2 saatlıq,Şahdağ Turizim Mərkəzinə 20 dəyiqəlik məsafədə və sakinlərinə həm rahat şəhər həyatı, həm də sakit təbiət atmosferi təqdim edir.
Möhtəşəm mənzərələr:
Mənzillərdən açılan füsunkar dağ və çay mənzərəsi hər gününüzü xüsusi edir. Təmiz hava, yaşıllıq və təbiətlə iç-içə həyat burada sizi gözləyir
İnvestisiya üçün ideal seçim:
Qusarın turizm potensialı və bölgənin inkişafı nəzərə alındıqda, Rifah Residence həm yaşayış, həm də gələcək dəyər artımı baxımından sərfəli investisiyadır.
Sizə təqdim etdiyimiz 78.4 m² sahəyə malik 3 otaqlı mənzil həm daimi yaşayış, həm də investisiya üçün ideal seçimdir.
Mənzilin üstünlükləri:
* Geniş və işıqlı 18.7 m² studio zal
* Rahat planlaşdırılmış 2 yataq otağı (16.2 m² və 18.0 m²)
* 7.4 m² geniş dəhliz
* 4.1 m² sanitar qovşağı
* 3.2 m² eyvan
* Otaqların funksional yerləşimi sayəsində ailə üçün maksimum komfort
Mənzərəsi:
Bu mənzilin ən böyük üstünlüklərindən biri möhtəşəm dağ və çay mənzərəsinə sahib olmasıdır. Səhərlər təmiz dağ havası və füsunkar təbiət görüntüsü ilə günə başlamaq imkanı yaradır.
Blok üstünlüyü:
Blokda cəmi 3 mənzil yerləşir, bu isə:
* Daha sakit yaşayış
* Daha çox məxfilik
* Daha az qonşu sıxlığı
* Premium yaşayış rahatlığı deməkdir.
Təbiətin gözəlliyini, rahat planlaşdırmanı və eksklüziv yaşayış mühitini bir araya gətirən bu mənzil ailəniz üçün ideal seçimdir.